ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə rayon Təhsil sektorunun aparıcı məsləhətçisi, həmkarlar ittifaqının fəal üzvü Nərminə Əmirovanın doğum günü - 30 yaşı qeyd edilib.
Görüşdə N.Əmirovanın nümunəvi davranışlarından, peşəkar fəaliyyətindən, həmkarlar ittifaqı üzvlərinin hüquqlarının müdafiəsində, istirahətlərinin təşkilində fəallığından və dəstəyindən bəhs edilib.
N.Əmirova göstərilən diqqətə və təbriklərə görə təşkilatçılara təşəkkür edib, bundan sonra da rayon təhsilinin inkişafı, həmkarlar ittifaqları üzvlərinin qanuni hüquqlarının qorunması naminə səylə çalışacağını bildirib.
Sonda N.Əmirovaya rayon komitəsi tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.