Ağcabədidə şəhid ailələri ilə görüş keçirilib

 Ramazan bayramı münasibətilə ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən şəhid anaları və müharibə iştirakçıları ilə görüş keçirilib.
Tədbirdə 11 ayın sultanı olan Ramazan ayının gözəlliklərindən, bu ayda edilən ibadətlə Uca Yaradana daha da yaxın olmaqdan, birliyə, yardımlaşmaya çağıran adətlərindən danışılıb.
Qeyd olunub ki, hər bayramda, əlamətdar günlərdə olduğu kimi, Ramazan bayramında da şəhidlərimiz unudulmur. Onlar yad edilir, ruhlarına dualar oxunur, məzarları ziyarət olunur, ailələrinə baş çəkilir. Vurğulanıb ki, illər keçsə də, qədirbilən xalqımız şəhidlərimizi daim xatırlayacaq. 
Şəhid ailələrindən Nəzakət Abbasova tədbirin təşkilatçılarına təşəkkür edib və bildirib ki, dövlətimiz və xalqımız hər zaman onlara qayğı ilə yanaşırlar.
Sonda iştirakçılara bayram sovqatları hədiyyə olunub.

Bizimlə əlaqə

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo